Stuani Çempionlar Liqasının tarixinə düşdü
UEFA
19.09.2024 10:55
"Jirona" klubunun futbolçusu Kristian Stuani UEFA Çempionlar Liqasının tarixinə düşüb.
TodayPress xəbər verir ki, uruqvaylı forvard buna turnirin Liqa mərhələsinin I turunda “Pari Sen-Jermen” ilə matçda iştirak etməklə nail olub.
Görüşə start heyətində başlayan 37 yaşlı futbolçu XXI əsrdə qitənin bir nömrəli klub turnirində debüt edən ən yaşlı oyunçu adına sahib çıxıb.
Qeyd edək ki, PSJ – “Jirona” qarşılaşması Paris təmsilçisinin qələbəsi ilə başa çatıb 1:0.
Namiq HUN
tag: Jirona, UEFA ,Çempionlar Liqası ,Forvard ,PSJ, Paris ,todaypress.az,