"Sparta" evdə "Zaltsburq"u darmadağın etdi
UEFA
18.09.2024 23:07
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin
I turunun ikinci oyun günündə 2 qarşılaşma keçirilib.
TodayPress xəbər verir ki, İtaliyada baş tutan
matçda yerli "Bolonya" Ukrayna təmsilçisi "Şaxtyor"la
heç-heçə edib - 0:0.
Çexiya klubu "Sparta" isə doğma meydanda
Avstiyanın "Zaltsburq" komandasını 3:0 hesabı ilə üstələyib.
Azarkeşlər saat 23:00-da başlayacaq daha 4 qarşılaşmanın
şahidi olacaqlar.
UEFA
Çempionlar Liqası
Liqa
mərhələsi
18
sentyabr
I tur
“Bolonya” (İtaliya) - “Şaxtyor” (Ukrayna) 0:0
“Sparta” (Çexiya) - “Zaltsburq” (Avstriya) 3:0
23:00. “Brügge” (Belçika) - “Borussiya” (Dortmund,
Almaniya)
23:00. “Seltik” (Şotlandiya) - “Slovan” (Slovakiya)
23:00. “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya)
23:00. PSJ (Fransa) - Jirona (İspaniya)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində
ilk tura sentyabrın 19-da yekun vurulacaq.
tag: Futbol, İdman,Sparta,Zaltsburq,todaypress.az,