Şlotterbek üçün mövsüm bitdi

UEFA

13.12.2024 11:10

Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbek uzun müddətlik sıradan çıxıb.

TodayPress xəbər verir ki, futbolçu UEFA Çempionlar Liqasının VI turunda “Barselona” ilə oyunda zədələnib. 

Şlotterbek oyunda büdrəyərək topuğunu büküb. Həkimlər onu xərəkdə aparmalı olublar.

Mövsümü erkən baş vurduğu ehtimal edilən Niko futbola ən yaxşı halda gələn ilin ortalarında qayıdacaq. 

Cari mövsüm müdafiəçi meydana çıxdığı 20 oyunda 4 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Futbol ,Mövsüm, Ehtimal, Niko ,todaypress.az,