Santuş: “ Estoniya ilə oyunda uğur qazanmağı planlaşdırıram”

UEFA

15.11.2024 12:12

Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının V turunda Qəbələdə Estoniya ilə keçiriləcək matçdan öncə mətbuat konfransına qatılıb. 

TodayPress xəbər veriri ki, portuqaliyalı mütəxəssis komandanın durumunu dəyərləndirib:

“Azərbaycan millisinin heç vaxt qazanmadığı uğurları qazanmağı planlaşdırmışam. Milliyə təzə gəlmişəm. Oyunçularla bağlı verilən qərarlar yalnız mənə məxsusdur. Komanda Estoniya ilə oyuna yaxşı hazırlaşıb”.

Qeyd edək ki, Azərbaycan - Estoniya matçı noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Namiq HUN

tag: UEFA, Fernandu Santuş, Milli, Estoniya, Azərbaycan, todaypress.az,