San-Marino tarixində ilk dəfə səfərdə qələbə qazandı
UEFA
19.11.2024 09:05
UEFA Millətlər Liqasının son turu D Liqasının 1-ci qrupunun lideri olan San Marino millisi üçün əlamətdar olub.
TodayPress xəbər verir ki, komanda tarixində ilk dəfə səfərdə qalib gəlib.
San Marino Lixtenşteyndə 3:1 hesablı qələbəni bayram edib. Komanda ilk dəfə bir oyunda üç qol vuraraq tarixində debüt səfər qələbəsini qazanıb.
4 oyunda 7 xal toplayan komanda D Liqasının 1-ci qrupunda birinci yeri tutub və növbəti Millətlər Liqasında C Liqasında çıxış edəcək.
Namiq HUN
tag: UEFA, Liqa, Lixtenşteyn, San Marino, todaypress.az,