Salah ÇL-də rekord qırdı

UEFA

03.10.2024 11:50

Salah UEFA Çempionlar Liqasında ən çox qol vuran afrikalı oyunçu adını qazanıb.

TodayPress xəbər verir ki, bu “Liverpul”un Çempionlar Liqasının II turunda “Bolonya”nı 2:0 hesabı ilə məğlub etdiyi oyunda baş verib. 

Liverpul qarşılaşmasında “qırmızılar”ın ikinci qolunu Məhəmməd Salah vurub.

Bu, misirli hücumçunun turnirdəki 45-ci qolu olub.

O, bu göstəricidə 44 qolla rekordçu olan Didye Droqbanı üstələyib. 

Namiq HUN

tag: Salah ,UEFA ,Çempionlar Liqası ,Liverpul, Didye Droqban, todaypress.az,