Saka ÇL-də həftənin ən yaxşısı seçildi

UEFA

13.12.2024 12:40

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VI turunun ən yaxşı futbolçusu məlum olub. 

TodayPress UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, həftənin ən yaxşı futbolçusu adını "Arsenal"ın hücumçu Bukayo Saka qazanıb. 

23 yaşlı ingiltərəli futbolçu sorğuda "Bavariya"dan Maykl Olise, "Atletiko"dan Antuan Qrizmann və "Brest"dən qapıçı Marko Bizonu qabaqlayıb.

Bukayo Saka "Arsenal"ın "Monako"ya (3:0) qalib gəldiyi matçda iki qol vurub və bir qolun ötürməsini edib.

Namiq HUN

tag: Atletiko, Yaxşı, Həftə, Bukayo Saka ,todaypress.az,