“Sabah”dan uğursuz debüt
UEFA
24.10.2024 10:48
“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında böyük hesabla məğlub olub.
TodayPress xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv ilk oyununda İsveçrənin “Bazel” klubuna 0:6 hesabı ilə uduzub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 6-da Bakıda baş tutacaq.
Namiq HUN
tag: Sabah, Liqa, UEFA, Adino, Bazel, todaypress.az,