Rumıniya UEFA reytinqində irəlilədi
UEFA
24.01.2025 10:48
Ölkələrin UEFA reytinqi açıqlanıb.
TodayPress xəbər verir ki, Avropa Liqasında Liqa mərhələsinin VII turunun nəticələri UEFA reytinqində dəyişikliklərə səbəb olub.
FCSB-nın Bakı uğurundan sonra Rumıniya reytinqdə irəliləyib. Balkan təmsilçisi Slovakiyanı keçərək 25-ci yerə yüksəlib.
Azərbaycan 28-ci pillədə qalıb.
Ölkəmizin hesabında 19,625 xal var.
Cari mövsümün qazancı 2,875-ə bərabərdir.
Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
UEFA reytinqinə 102,839 xalla İngiltərə başçılıq edir.
Namiq HUN
tag: UEFA,Reytinq,Azərbaycan,Cədvəl,Todaypress.az,