Rumıniya-Kosovo matçı yarıda qaldı

UEFA

16.11.2024 09:36

UEFA Millətlər Liqasının V turu çərçivəsində keçirilən Rumıniya - Kosovo matçı yarıda qalıb. 

TodayPress xəbər verir ki, 0-0 hesabı ilə davam edən matçın son dəqiqələrində Kosova və Rumıniya komandalarının futbolçuları arasında qarşıdurma yaşanıb. 

Daha sonra rumıniyalı azarkeşlər Serbiyaya dəstək şüarları səsləndiriblər. Kosovo millisinin futbolçuları isə meydanı tərk edib.

Namiq HUN

tag: UEFA, Liqa, Serbiya, Rumıniya, todaypress.az,