Rodriqo “Barselona” ilə oyunu buraxa bilər
UEFA
23.10.2024 14:15
“Real Madrid” klubunun hücumçusu Rodriqo UEFA Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilə matçında zədələnib.
TodayPress AS-a istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti ikinci hissənin sonlarında əvəzlənən braziliyalı futbolçunun zədəsindən danışıb:
“Rodriqonun əzələ zədəsi var. O, üçüncü qoldan əvvəl çox kəskin hərəkət etdi. Təəssüf ki, amma bu, futboldur”.
Qeyd edək ki, Rodriqo səhhətindəki problemlərə görə oktyabrın 26-da “Barselona” ilə keçiriləcək La Liqa matçını buraxmaq riski ilə üzləşib.
Namiq HUN
tag: Real Madrid, UEFA, Roqriqo, Çempionlar,Ançelotti, todaypress.az,