Rebrov rus dilində danışmaqdan imtina etdi
UEFA
19.11.2024 16:40
UEFA Millətlər Liqasının VI turunda Albaniya öz meydanında Ukrayna millisini qəbul edəcək.
TodayPress xəbər verir ki, matçdan əvvəl Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov mətbuat konfransına qatılıb.
Tədbirdə Rebrov Ukrayna dilində danışmağa başlayıb. Bu zaman onun sözlərini albancaya çevirməli olan tərcüməçi dili bilmədiyini söyləyib və məşqçidən fikirlərini rus dilində bildirməyi xahiş edib.
Sergey Rebrov imtina edib və ingiliscə danışmağa başlayıb.
Məsələ ilə əlaqədar Albaniya Futbol Federasiyasından bildirilib ki, rus və Ukrayna dillərini oxşar dil hesab edirlər. Bu səbəbdən onlar məhz həmin tərcüməçini mətbuat konfransına təyin ediblər.
Namiq HUN
tag: Ukrayna, Milli, Sergey Rebrov, Albaniya, UEFA, todaypress.az,