“Real” və “Bavariya” Çempionlar Liqası ilə vidalaşdı

UEFA

17.04.2025 09:10

22

UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsi başa çatıb.   

TodayPress xəbər verir ki, cavab oyunları çərçivəsində “Real” Madriddə “Arsenal”ı qəbul edib.   

“Kral klubu”nun 1 həftə əvvəl İngiltərədə böyük hesabla uduzduğu London təmsilçisindən revanş almaq istəyi baş tutmayıb.

“Topçular” “Emireyts” (3:0) uğurunun davamını “Santyaqo Bernabeu”da da gətirməyi bacarıblar.

Səfər qarşılaşmasında 2:1 hesablı qələbə qazanan “Arsenal” yarımfinalda PSJ-yə rəqib olacaq. 

“Bavariya” isə “San Siro”da 1 həftə əvvəl (1:2) məğlub olduğu “İnter”in qonağı olub. Münhen təmsilçisi oyunda hesabı açsa da, qısa müddətdə qapısında iki top görüb.

Sonda oyun 2:2 hesabı ilə yekunlaşıb və “İnter” növbəti mərhələyə yüksəlib. Milan təmsilçisi yarımfinalda “Barselona” ilə üz-üzə gələcək. 

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları aprelin 29-30-da, cavab matçları isə mayın 6-7-də keçiriləcək.   

Namiq HUN

tag: Real,Bavariya,UEFA,Qələbə,Todaypress.az,