“Real” “Mançester Siti”ni məğlub etdi
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
TodayPress xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutub.
Günün mərkəzi matçında “Mançester Siti” “Real Madrid”i qəbul edib.
“Şəhərlilər” iki dəfə Erlinq Holandın qolları ilə hesabda önə keçsə də, “kral klubu” sonda əzmkar qələbə qazana bilib.
İspaniya nəhənginin heyətində Kilian Mbappe, Braim Dias və Cud Bellinqem fərqləniblər.
Digər oyunların nəticələrinə görə, PSJ, “Borussiya Dortmund” və “Yuventus” klubları da meydandan qalib ayrılıblar.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
“Brest” - PSJ - 0:3
“Sportinq” - “Borussiya Dortmund” - 0:3
“Mançester Siti” - “Real Madrid” - 2:3
“Yuventus” - PSV - 2:1
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin digər 4 oyunu bu gün keçiriləcək.
Namiq HUN
tag: UEFA,Liqa,Futbol,Real Madrid,Mançester Siti , Komanda ,Todaypress.az,