“Real Madrid”dən geridönüş, “Yuventus” məğlub oldu
UEFA
23.10.2024 09:16
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna start verilib.
TodayPress xəbər verir ki, ilk oyun günündə 9 matç baş tutub.
Turun mərkəzi görüşü Madriddə keçirilib. “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Hesabı Nuri Şahinin komandası açsa da, yekunda Madrid təmsilçisi 5:2 hesablı qələbə qazanıb. Vinisiusun het-trik etdiyi matçda, Rüdiger və Vaskez hərəyə bir qol vurublar.
“Arsenal” Londonda “Şaxtyor”a Riznikin avtoqolu ilə qalib gəlib 1:0.
“Yuventus” isə Turində “Ştutqart”a El-Bilal Turenin vurduğu qolla uduzub 0:1.
III turun digər oyunlarında “Milan” evdə “Brügge”yə (3:1), “Monako” “Srvena Zvezda”ya (5:1), “Aston Villa” “Bolonya”ya (2:0), “Jirona” “Slovan”a (2:0) qalib gəlib, “Şturm” isə “Sportinq”ə (0:2) uduzub. PSJ PSV (1:1) ilə heç-heçə edib.
Tura bu gün keçiriləcək 9 oyunla yekun vurulacaq.
Namiq HUN
tag: Real Madrid, Yuventus, Arsenal, Milan,todaypress.az,