“Real Madrid” Çempionlar Liqasında antirekorda imza atdı
UEFA
28.11.2024 09:09
“Real Madrid” klubu UEFA Çempionlar Liqasının hazırkı qalibi kimi qrup mərhələsində üç oyunu uduzan ilk komanda olub.
TodayPress xəbər verir ki, “Opta” özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Liverpul”a (0:2) məğlub olan Madrid təmsilçisi, daha əvvəl “Milan” və “Lill” klublarına yenilib.
Hazırda “Real” Çempionlar Liqasının turnir cədvəlində 6 xalla 24-cü yerdədir.
Turnirin Liqa mərhələsinin qalan üç oyununda “kral klubu” “Atalanta”, “Red Bull Zalsburq” və “Brest”lə qarşılaşacaq.
Namiq HUN
tag: Real Madrid, Liqa, Turnir, Kral Klubu, todaypress.az,