"Real" daha bir tarix yazdı
"Real Madrid" klubu UEFA Çempionlar Liqasında yeni rekord müəyyən edib.
TodayPress "Squawka" nəşrinə istinadən xəbər verir ki, "Los Blancos" göstəriciyə "Atletiko" ilə 1/8 final mərhələsinin cavab oyununda nail olub.
"Real" qitənin bir nömrəli klub turnirində penaltilər seriyasında indiyədək dörd qalibiyyət əldə edən yeganə komandadır. Çempionlar Liqası tarixində heç bir klub bunu bacarmayıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyununun əsas vaxtında "Atletiko"ya 0:1 hesabı ilə uduzan "Real" rəqibini penaltilər seriyasında məğlub edib 4:2.
Namiq HUN
tag: Real MAdrid,Futbol,Klub,Tarix,Todaypress.az,