Rafinya “Bavariya” ilə oyunda tarix yazdı

UEFA

24.10.2024 12:30

“Barselona” klubunun braziliyalı hücumçusu Rafinya UEFA Çempionlar Liqasında “Bavariya”ya qarşı matçda het-trik edən dördüncü futbolçu kimi tarixə düşüb.

TodayPress xəbər verir ki, forvard Liqa mərhələsinin III turunda meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatan oyunda Münhen təmsilçisinin qapısına vurulan qollardan üçünün müəllifi olub.

Rafinyadan əvvəl Çempionlar Liqasında "Bavariya"ya qarşı matçlarda Roy Makaay, Serxio Aquero və Kriştiano Ronaldo het-trik etməyi bacarıblar.

Namiq HUN

tag: Rafinya, Liqa,Barselona, Münhen, Bavariya, todaypress.az,