Radu Petresku “Qarabağ”ın oyununa təyinat aldı
UEFA
28.01.2025 15:45
“Olimpiakos” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqası oyununun təyinatları məlum olub.
TodayPress xəbər verir ki, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.
Oyunun baş hakimi Radu Petresku olacaq. FIFA referisinə Radu Qinquleaç və Mirça Mihail Qriqoriu kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Marsel Birsan yerinə yetirəcək. VAR-da Katalin Popa, AVAR-da isə Sebastyan Koltesku əyləşəcək.
Qeyd edək ki, Liqa mərhələsinin VIII turunda, yanvarın 30-da baş tutacaq “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Namiq HUN
tag: Olimpiakos,Qarabağ,UEFA,Avropa Liqası,todaypress.az,