Qyökereş İbrahimoviçin uğurunu təkrarladı
UEFA
20.11.2024 14:30
İsveç yığma komandasının futbolçusu Viktor Qyökereş Azərbaycan millisinə qalib gəldikləri UEFA Millətlər Liqası matçında Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb.
TodayPress xəbər verir ki, hücumçu buna oyunda poker etməklə nail olub.
Portuqaliyanın “Sportinq” klubunda çıxış edən 26 yaşlı forvard 12 ildən sonra İsveç yığmasında bir görüşdə 4 qol vuran ilk oyunçudur.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2012-ci ildə İngiltərə ilə yoldaşlıq qarşılaşmasında 4 dəfə fərqlənib. O, 2004-cü ildə isə dünya çempionatının seçmə mərhələsində Malta ilə matçda eyni uğura nail olub.
Namiq HUN
tag: İsveç ,Yığma,Viktor Qyökereş,Azərbaycan,Milli,UEFA,todaypress.az,