Qurban Qurbanov: “Ən böyük gücümüz kollektiv oyuna üstünlük verməkdir”

UEFA

27.11.2024 14:00

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ” – “Olimpik Lion” oyundan əvvəl mətbuat konfransı keçirilib. 

TodayPress xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın görüşə hazırlığını dəyərləndirib: 

“Vacib oyundur. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək. Hər komandanın üstün cəhəti var. Bəzi detallar baxımından belə rəqiblərə qarşı diqqətli olmalıyıq. Hücum planımızda əlavə fikirlər ola bilər. Bu, oyunun gedişatından asılı olacaq. Ən böyük gücümüz kollektiv oyuna üstünlük verməkdir. “Lion” bizdən üstün görünür, daha böyük klubdur. Amma bizim də Avropada böyük təcrübəmiz var. Bundan istifadə etməyə çalışacağıq”. 

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpik Lion” görüşü saat 21:45-də start götürəcək.

tag: Qurban Qurbanov, UEFA, Liqa, Qarabağ,Olimpik Lion, todaypress.az,