Qurban Qurbanov: “Elfsborq”a qalib gəlmək gücündəyik”
UEFA
12.12.2024 09:24
“Qarabağ” klubu UEFA Avropa Liqasının Liqa mərləsinin VI turunda İsveçdə “Elfsborq”un qonağı olacaq.
TodayPress xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov “Elfsborq”la oyundan əvvəl keçirilən mətbuat konfransında qarşılaşmada 3 xal qazanmaq gücündə olduqlarını deyib:
“Çalışacağıq ki, meydanı sərfəli nəticə ilə tərk edək. Matça tam olmasa da, hazırıq. Çox vacib oyundur. 3 xal qazanacaq gücdəyik. Qarşımızda intizamlı rəqib olacaq. Düşüncələrimiz tam həyata keçsə, "Elfsborq"a qalib gəlmək gücündəyik. Diqqətli və intizamlı oynayıb bunu əldə edə bilərik. Bəzi itkilərimiz var. Müdafiə xəttində Kevin Medina, Bəhlul Mustafazadə yoxdur. Bundan başqa bəzi oyunçuların mikro zədələri var. Meydança amili də var. Süni örtük həmin zədələrə mənfi təsir edə bilər. Təcrübəli oyunçulara sahibik. Həmin mövqelərdə düzgün addımlar atmağa çalışacağıq”.
Qeyd edək ki, “Boras Arena”da keçiriləcək “Elfsborq” – “Qarabağ” matçının start fiti bu gün saat 00:00-da veriləcək.
Namiq HUN
tag: Qurban Qurbanov, Matç, Oyunçu ,Təcrübə, todaypress.az,