“Qarabağ”ın UEFA-da reytinq mövqeyi dəyişdi
UEFA
Avropa kuboklarında dünən başa çatan 1/8 final mərhələsinin ilk oyunlarından
sonra reytinq siyahısına yeniləmə edib.
TodayPress xəbər verir ki, siyahıda Azərbaycan əvvəlkitək 7 klubla təmsil olunur.
Fevralın 21-də açıqlanmış son reytinqlə müqayisədə Azərbaycanın siyahıda ən üst
mövqeyə malik təmsilçisi “Qarabağ”ın mövqeyində dəyişiklik olub. Ağdam
təmsilçisi 1 pillə geriləyərək 67-ci yerə düşüb. Onun ehtiyatında 32.000 xal
var.
Ümumilikdə
Azərbaycan klublarının son reytinq sıralaması aşağıda qeyd edilən kimidir:
67 (-1). Qarabağ”
- 32.000
187 (0). “Neftçi”
- 8.000
310 (0). “Zirə” -
4.000
311 (0). “Sabah”
- 4.000
315 (0).
“Sumqayıt” - 4.000
332 (-4).
“Qəbələ” - 3.000
333 (-3).
“Şamaxı” - 2.500
Daha öncə xəbər
verdiyimiz kimi, UEFA reytinqində Azərbaycan da ölkə 1 pillə geriləyib və
hazırda 29-cu yerdədir.
Klub reytinqinə
isə əvvəlkitək “Real” Madrid (142.000 xal) başçılıq edir.
tag: UEFA, Avropa, Azərbaycan, Qarabağ, todaypress.az,