“Qarabağ”ın pley-off şansı

UEFA

29.11.2024 13:35

3044

UEFA Avropa Liqasının Liqa mərhələsində yer alan komandaların pley-off şansları açıqlanıb.

TodayPress xəbər verir ki, ekspertlərin tərtib etdiyi ehtimallar cədvəli “Qarabağ” klubunun şanslarına aydınlıq gətirib. 

Autsayderlər qrupunda yer alan Azərbaycan çempionu hazırda 3 xalla 32-ci pillədə yerləşir. 

Ağdam təmsilçisinin 1/8 finala birbaşa çıxması real deyil. “Köhlən atlar” həmin mərhələyə pley-off oynamaqla yüksələ bilər. 

“Qarabağ”ın 9-24-cü yerlərdə qərarlaşmaq ehtimalı ümumilikdə 21 faiz qiymətləndirilir.

Komandamızın 9-16-cı pillədə yer alaraq pley-offa səfərdə başlayıb evdə bitirmək şansı 3 faiz göstərilib. 

Bu missiyanı 17-24-cü yerləri tutmaqla davam etdirmək şansı isə 18 faizə bərabərdir. 

Azərbaycan çempionunun 25-36-cı yerlərdən birini tutmaqla avrokuboklarla vida təhlükəsi 79 faizlə qiymətləndirilir.

Qeyd edək ki, “Qarabağ”ın Liqa mərhələsində üç oyunu qalıb. Qurban Qurbanovun yetirmələri səfərdə “Elfsborq” və “Olimpiakos”, evdə isə FCSB ilə qarşılaşacaq.

Namiq HUN

tag: Qarabağ, Komanda, Azərbaycan, Liqa, todaypress.az,