“Qarabağ”ın oyununu serbiyalı referi idarə edəcək

UEFA

26.11.2024 16:15

“Qarabağ” və “Olimpik Lion” komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçının təyinatları məlum olub. 

TodayPress xəbər verir ki, görüş Serbiyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı FIFA referisi Nenad Minakoviç idarə edəcək.

Baş hakimin köməkçiləri Nikola Boroviç və Başko Bozoviç olacaq.

Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpik Lion” matçı saat 21:45-də start götürəcək.

Namiq HUN

tag: Qarabağ, Liqa, Nikola Boroviç, Başko Bozoviç, UEFA, todaypress.az,