“Qarabağ”ın oyunu yunanıstanlı hakimə tapşırıldı

UEFA

01.10.2024 14:00

“Qarabağ”ın UEFA Avropa Liqasında Liqa mərhələsinin 2-ci turunda İsveçin “Malmö” klubuna qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

TodayPress xəbər verir ki, bu görüşə Yunanıstandan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Anastasios Papapetru idarə edəcək. 

Trifon Petropulos və Yordanis Aptosoqlu baş hakimin köməkçiləri olacaqlar. 

Alexandros Tsakalidis dördüncü hakim funksiyasını yerinə yetirəcək. 

VAR hakimi Angelos Evangelu, onun köməkçisi isə Athanasios Tzilos olacaq. 

Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Namiq HUN

tag: Qarabağ, UEFA, Çempionlar, Azərbaycan,Malmö,Anastasios Papapetru,todaypress.az,