“Qarabağ” UEFA reytinqində gerilədi

UEFA

01.02.2025 12:24

Klubların UEFA reytinqi açıqlanıb.   

TodayPress xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında Liqa mərhələsinin son turunun nəticələri dəyişikliklərə səbəb olub. 

Azərbaycan çempionu “Qarabağ”ın da mövqeyi dəyişib. Ağdam klubunun hesabında 32,000 xal var. Ötən siyahıda 65-ci olan “köhlən atlar” bir addım geriləyib.   

Xal hesabını 32,750-yə yüksəldən Danimarkanın “Midtyulland” klubu “Qarabağ”ı geridə qoyub.  Digər klublarımızdan “Neftçi” 8,000 xalla 181-ci yerdədir.

“Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu, “Qəbələ” və “Şamaxı” isə 3,925 xalla 329-cu yeri bölüşənlər arasındadır. 

UEFA reytinqinə 138,500 xalla “Real Madrid” klubu başçılıq edir. 

 Namiq HUN

tag: UEFA,Çempion,Real Madrid,Klub,Todaypress.az,