“Qarabağ” “Olimpik Lion”la bacarmadı

UEFA

29.11.2024 09:10

“Qarabağ” futbol klubu növbəti avrokubok oyununu keçirib. 

TodayPress xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun matçına çıxıb. 

Komandamız bu dəfə evdə “Olimpik Lion”la qarşılaşıb.

Əvvəlki 4 görüşdə 3 xal toplayan “Qarabağ” yenə doğma meydanda azarkeşlərini sevindirə bilməyib.

Azərbaycan çempionu Lion təmsilçisinə 1:4 hesabı ilə uduzub. 

Jorj Mikautadzenin dubl etdiyi oyunda Korinton Tolisso və Malik Fofana hərəyə bir dəfə fərqləniblər.

“Qarabağ”ın təsəlli qolunu isə penaltidən Olavio Juninyo vurub.   Xatırladaq ki, “Qarabağ” buna qədər Liqa mərhələsində Bakıda İsveçin “Malmö” (1:2) və Niderlandın “Ayaks” (1:3) klubuna uduzub. 

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində növbəti oyununu dekabrın 12-də İsveçdə “Elfsborq”a qarşı keçirəcək.   

Namiq HUN

tag: Qarabağ,Futbol,Oyun,Liqa,UEFA , Lion ,Todaypress.az,