“Qarabağ” Liqa mərhələsinə məğlubiyyətlə başladı - YENİLƏNDİ
UEFA
27.09.2024 01:40
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok
oyununu keçirib.
TodayPress xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının yeni formatda keçirilən Liqa mərhələsinin I turunda İngiltərədə “Tottenhem”in qonağı olub.
“Tottenhem Hotspur” qarşılaşması “Tottenhem”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matç meydan sahibləri üçün yaxşı başlamayıb. 7-ci dəqiqədə referidən qırmızı vərəqə alan Radu Draqusin “Tottenhem”i azlıqda qoyub.
Amma buna baxmayaraq oyunda hesabı elə meydan sahibləri açıblar. 12-ci dəqiqədə Brennan Conson fərqlənib 1:0.
İlk yarını minimal hesabla qazanan “Tottenhem” 53-cü dəqiqədə hesabdakı fərqi 2 topa yüksəldib. Bu dəfə Pape Matar Sarr qol şansını qaçırmayıb.
“Qarabağ” 57-ci dəqiqədə qollardan birinin əvəzini
çıxa bilərdi. Toral Bayramov penaltini dəqiq yerinə yetirə bilməyib.
Matçın yekun nəticəsini isə 68-ci dəqiqədə Dominik Solanke müəyyən edib.
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda, oktyabrın 3-də İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
***
00:29
UEFA
Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə)
- "Qarabağ" oyununda ilk hissə başa çatıb.
TodayPress xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Brennan Conson fərqlənib.
London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.
İlk hissə "Tottenhem Hotspur" klubunun 1:0 qələbəsi ilə başa çatıb.
***
23:37
UEFA
Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə)
- "Qarabağ" oyunu start götürüb.
TodayPress xəbər
verir ki, qarşılaşma "Tottenhem Hotspur" stadionunda keçirilir.
Matçı
fransalı baş hakim Villi Delajo idarə edir.
***
23:15
“Qarabağ”ın
Avropa Liqasının 1-ci turu çərçivəsində “Tottenhem”lə keçiriləcək oyunu nəzərdə
tutulduğu vaxtdan gec başlayacaq.
TodayPress xəbər verir ki,
oyunun gec başlanmasına səbəb avtobusun tıxacda qalmasıdır.
Qeyd
edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlamalı idi.
tag: Qarabağ, UEFA, Oyun, Futbol, Avropa, todaypress.az,