"Qarabağ" Liqa mərhələsində ilk sınağına çıxır
UEFA
26.09.2024 11:20
Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin daha 9 oyunu keçiriləcək.
TodayPress xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” klubu da bu gün ilk oyununa çıxacaq.
Azərbaycan çempionu səfərdə İngiltərənin “Tottenhem” klubu ilə qarşılaşacaq.
Londonda baş tutacaq oyunu Villi Delajonun rəhbərlik etdiyi Fransadan olan hakimlər briqadası idarə edəcək.
"Tottenhem Hotspur Stadium"da keçiriləcək “Tottenhem” – “Qarabağ” matçı Bakı vaxtilə saat 23:00-da start götürəcək.
Namiq HUN
tag: Qarabağ, UEFA, Azərbaycan, Fransa ,Tottenhem ,todaypress.az,