“Qalatasaray”ın 3 futbolçusu PAOK-la oyunu buraxacaq
UEFA
25.09.2024 13:52
“Qalatasaray”ın üç futbolçusu bu gün Yunanıstanın PAOK klubuna qarşı UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda iştirak edə bilməyəcək.
TodayPress xəbər verir ki, qolkiper Fernando Muslera cəzalı olduğu üçün bu oyunda komandasına kömək edə bilməyəcək.
Yarımmüdafiəçi Hakim Ziyeş zədə səbəbindən meydana çıxmayacaq. Roland Sallai isə iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Qalatasaray” – PAOK matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Namiq HUN
tag: Qalatasaray, UEFA, Avropa, Fernando Muslera,Yunanıstan,PAOK ,Hakim Ziyeş,Roland Sallai,todaypress.az,