“Qalatasaray” qalib gəldi, “Mançester Yunayted” heç-heçə etdi
UEFA
26.09.2024 05:23
UEFA
Avropa Liqasının əsas mərhələsində I turun oyunlarına start verilib.
TodayPress xəbər verir ki, yeni formatda keçirilən Liqa mərhələsinin ilk oyun
günündə 9 qarşılaşma baş tutub. Bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana
bilməyən Türkiyə “Qalatasaray”ı doğma meydanda Yunanıstanın PAOK klubunu qəbul
edib. Görüş İstanbul nəhənginin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Gecənin maraqla
gözlənilən oyunlarından biri də İngiltərədə baş tutub. “Mançester Yunayted”
Niderlandın “Tvente” komandasını sınağa çəkib. Matç qollu heç-heçə ilə
nəticələnib - 1:1.
UEFA Avropa Liqası
Liqa mərhələsi
I tur
“AZ Alkmaar”
(Niderland) - “Elfsborq” (İsveç) - 3:2
“Budo-Qlimt”
(Norveç) - “Portu” (Portuqaliya) - 3:2
“Mançester
Yunayted” (İngiltərə) - “Tvente” (Niderland) - 1:1
“Qalatasaray”
(Türkiyə) - PAOK (Yunanıstan) - 3:1
“Dinamo” (Kiyev,
Ukrayna) - “Latsio” (İtaliya) - 0:3
“Ludoqorets”
(Bolqarıstan) - “Slaviya” (Praqa, Çexiya) - 0:2
“Midtüllann”
(Danimarka) - “Hoffenhaym” (Almaniya) - 1:1
“Nitsa” (Fransa)
- “Real Sosyedad” (İspaniya) - 1:1
“Anderlext”
(Belçika) - “Ferentsvaroş” (Macarıstan) - 2:1
Qeyd edək ki,
Liqa mərhələsində ilk turun digər 9 görüşü bu gün keçiriləcək.
tag: Futbol, Qarabağ,Liqa, PAOK, Qalatasaray, Fəərbağça, todaypress.az,