“Qalatasaray” Niderlandda xal itirdi, “Fənərbağça” Çexiyada qələbə qazandı

UEFA

29.11.2024 09:34

“Qalatasaray” Niderlandda xal itirdi, “Fənərbağça” Çexiyada qələbə qazandı

UEFA Avropa Liqasında Liqa mərhələsinin V turunun matçları keçirilib. 

TodayPress xəbər verir ki, bu tur Türkiyənin üç klubu meydana çıxıb.

“Qalatasaray” Niderlandda “AZ Alkmaar”la xalları yarıya bölüb (1:1).   “Fənərbağça” isə Çexiyada “Slaviya” ilə qarşılaşmada hesabda geri düşsə də, vacib üç xal qazana bilib (2:1).  “Beşiktaş” isə Tel-Əviv “Makkabi”si ilə ölkədən kənarda keçirdiyi ev oyununda məğlub olub (1:3).   

Namiq HUN

tag: Qalatasaray, Niderland, Çexiya, UEFA,Slaviya, todaypress.az,