“Qalatasaray” İsveçdə xal itirib, “Beşiktaş” Norveçdə uduzub

UEFA

13.12.2024 09:25

2599


UEFA Avropa Liqası Liqa mərhələsinin VI turunda 17 oyun keçirilib.

TodayPress xəbər verir ki, Türkiyənin iki təmsilçisi səfər oyununa çıxıb. 

“Qalatasaray” və “Beşiktaş” bunadək “Qarabağ”la qarşılaşan klubların qonağı olublar. “Sarı-qırmızılar” İsveçin “Malmö” klubu ilə görüşdə son dəqiqədə qələbəni əldən veriblər 2:2. “Beşiktaş” isə Nörveçin “Bodo Qlimt” komandasına uduzub 1:2.

Avropa Liqası Liqa mərhələsinin VI turunun digər görüşlərində  “Elfsborq” evdə “Qarabağ”a (1:0), “Roma” “Braqa”ya (3:0), PAOK “Ferentsvaroş”a (4:0), “Yunion” “Nitsa”ya (2:1), “Real Sosyedad” “Dinamo Kiyev”ə (3:0), “Porto” "Midtyulland"ə (2:0), “Lion” “Ayntraxt”a (3:2), “Makkabi” Tel-Əviv RFS-ə (2:1) qalib gəlib. 

“Viktoriya” “Mançester Yunayted”ə (1:2), “Slaviya” “Anderlext”ə (1:2), “Ayaks” “Latsio”ya (1:3) uduzub. 

“Ludoqorets” - “Alkmaar” (2:2), “Reyncers” - “Tottenhem” (1:1), “Hoffenhaym” - FCSB (0:0) və “Olimpiakos” - “Tvente” (0:0) görüşündə heç-heçə qeydə alınıb. 

Namiq HUN

tag: Qalatasaray, Beşiktaş, Xal, Liqa, todaypress.az,