Qadın futbolçulardan ibarət Azərbaycan yığması Millətlər Liqasında Litvaya qalib gəldi
Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA
Millətlər Liqasında Litvaya qalib gəlib.
TodayPress-in məlumatına
görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının IV qrupunda
meydan sahiblərini 2:0 hesabı ilə üstələyib.
Vilnüsdəki “Jalgiris” stadionunda təşkil edilən
qarşılaşmada yığmanın qollarını Manya Esra (21) və Nigar Mirzəliyeva (55)
vurub.
Qeyd edək ki, Azərbaycan yığması aprelin 8-də səfərdə
Monteneqro ilə üz-üzə gələcək. Komanda daha əvvəl Bakıda bu rəqiblə qolsuz
heç-heçə edib. Qrupda iki oyun keçirən Monteneqro Litvanı 3:1 hesabı ilə
üstələyib.
tag: Futbol, UEFA,Litva,Azərbaycan yığması, Liqa, todaypress.az,