Priney təmsilçisi 3 futbolçusunu itirdi

UEFA

16.11.2024 15:30

İspaniya millisi UEFA Millətlər Liqasının V turunda Danimarka ilə səfər matçında üç itki ilə üzləşib.

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, komandanın futbolçularından Martin Subimendi və Aleks Baena zədə səbəbindən millinin düşərgəsini tərk ediblər.

Mikel Oyarzabal isə sarı vərəqə adığı üçün cəzalı duruma düşüb. O, növbəti oyunu buraxacaq.

Qeyd edək ki, İspaniya Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçrəni qəbul edəcək.

Namiq HUN

tag: UEFA, Liqa, İspaniya,Liqa, İtki, todaypress.az,