Niderlandlı futbolçular Millətlər Liqası matçını buraxacaqlar
Niderland yığmasının iki futbolçusu UEFA Millətlər Liqasında Bosniya və Herseqovinaya qarşı matçda iştirak etməyəcək.
TodayPress xəbər verir ki, Vircil van Deyk və Frenki de Yonq oyunu buraxmalı olacaqlar.
Niderland millisinin baş məşqçisi Ronald Kuman tibbi səbəblərə görə bu qərarın verildiyini bildirib.
Qeyd edək ki, Bosniya və Herseqovina - Niderland qarşılaşması noyabrın 19-da baş tutacaq.
Namiq HUN
tag: Niderland, Ronald Kuman,Bosniya və Herseqovina,Liqa,Vircil van Deyk, todaypress.az,