Niderlandlı azarkeşlərin Lill şəhərinə girişi qadağan edildi
Niderlandın “Feyenoord” futbol klubunun azarkeşlərinin Fransanın Lill şəhərinə girişi qadağan edilib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Rotterdam təmsilçisinin fanatları səfərdə “Lill”ə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının VIII turunun matçında komandalarına dəstək ola bilməyəcəklər.
Qadağa “Feyenoord” tərəfdarları ilə Fransa polisi arasında toqquşma riskinin artması ilə əsaslandırılıb.
Namiq HUN
tag: Niderland,Klub,Fransa,Risk,UEFA,Todaypress.az,