Müller ÇL-in tarixinə düşdü

UEFA

11.12.2024 11:34

“Bavariya” UEFA Çempionlar Liqasının VI turunda “Şaxtyor”a 5:1 hesabı ilə qalib gəlib.

TodayPress xəbər verir ki, görüşdə Münhen klubunun qollarından birini hücumçu Tomas Müller vurub. 

O, bu mövsüm ilk dəfə Çempionlar Liqası matçında qol vura bilib.

Turnirdəki 16-cı mövsümündə də fərqlənən futbolçu Kriştiano Ronaldo və Rayan Giqzın nəticəsini təkrarlamağa müvəffəq olub. 

Qeyd edək ki, ən yaxşı nəticə 18 mövsümdə fərqlənməyi bacaran Lionel Messi və Kərim Benzemaya məxsusdur.

Namiq HUN

tag: Münhen, Klub ,Görüş,ÇL,todaypress.az,