Mourinyo: “Ən yaxşı seçim avrokuboklarda oynamayacaq kluba rəhbərlik etməkdir”

UEFA

25.10.2024 16:09

“Fənərbağça” futbol klubuna rəhbərlik edən Joze Mourinyo gələcək karyerasından danışıb.

TodayPress xəbər verir ki, portuqaliyalı mütəxəssis avrokuboklarda çıxış etməyən kluba rəhbərlik etmək istədiyini bildirib:

“Fənərbağça”dan ayrıldığım zaman mənim üçün ən yaxşı seçim avrokuboklarda oynamayacaq kluba rəhbərlik etməkdir. Beləliklə, əgər iki ildən sonra İngiltərənin autsayder klubuna məşqçi lazımdırsa, mən hazıram”.

Qeyd edək ki, Mourinyonun “Fənərbağça” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. 

Portuqaliyalı mütəxəssis karyerası ərzində “Real Madrid”, “Porto”, “Çelsi”, “Mançester Yunayted” və “Roma” kimi klublarda çalışıb.

Namiq HUN

tag: Fənərbağça, Mourinyo, Portuqaliya, Real Madrid, Çelsi, Roma, todaypress.az,