Mourinyo avrokuboklardakı qələbə sayında ikinci oldu

UEFA

29.11.2024 15:35

“Fənərbağça” futbol klubunun baş məşqçisi Joze Mourinyo növbəti dəfə adından söz etdirib. 

TodayPress OPTA-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Avropa Liqasının Liqa mərhələsində “Slaviya” uğuru ilə avrokuboklarda 119-cu qələbəsini qazanıb. 

Qeyd edək ki, Mourinyo bu göstəricidə “Real Madrid” klubunun italiyalı çalışdırıcısı Karlo Ançelottidən sonra avrokuboklarda ən çox qalibiyyət əldə edən ikinci mütəxəssisdir. 

Ançelottinin Avropa arenasında 121 qələbəsi var.

Namiq HUN

tag: Fənərbağça, Slaviya, Real Madrid, Liqa, Ançelotti, todaypress.az,