Millinin heyətində dəyişiklik edildi
UEFA
18.11.2024 09:10
Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
TodayPress AFFA-dan verilən məlumata istinadən xəbər verir ki, müdafiəçilər Elvin Cəfərquliyev, Rahil Məmmədov və yarımmüdafiəçi Mustafa Əhmədzadə heyətdən çıxarılıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin İsveç - Azərbaycan oyunu noyabrın 19-da Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da keçiriləcək.
Namiq HUN
tag: Futbol, Azərbaycan, AFFA, Liqa, UEFA, todaypress.az,