Millimiz son dəqiqələrdə qələbəni əldən verdi

UEFA

08.04.2025 22:40

20

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında 3-cü oyununu keçirib.

TodayPress xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Nikşiçdə Monteneqro yığmasının qonağı olub. Nikşiç şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı Andorradan olan hakimlər briqadası idarə edib.

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Hazırda hər iki komanda hərəyə 5 xalla turnir cədvəlinin ilk iki pilləsini bölüşür.

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk oyununda Monteneqro ilə Bakıda heç-heçə edib - 0:0. Millimiz ikinci matçda isə səfərdə Litvaya qalib gəlib - 2:0.

tag: Futbolçu, UEFA, Liqa, Qadın, Heç-Heçə, todaypress.az,