Millimiz FIFA reytinqində irəlilədi

UEFA

28.11.2024 18:04

Milli komandaların FIFA reytinqi açıqlanıb.

TodayPress xəbər verir ki, reytinq cədvəlində dünyanın 210 yığması yer alıb.

Azərbaycan millisi 117-ci pillədə qərarlaşıb. Fernandu Santuşun yetirmələrinin aktivində 1158,70 xalı var.

Komandamız Millətlər Liqasının qrup mərhələsinin son iki turundakı uğursuzluqlar səbəbindən ötən cədvəllə müqayisədə 3,10 xal itirib. Lakin buna baxmayaraq, milli bir pillə irəliləyib.

Qeyd edək ki, FIFA reytinqinə 1867,25 xalla Argentina millisi başçılıq edir.

Namiq HUN

tag: UEFA, Milli, Reytinq, Argentina, Liqa, todaypress.az,