Milli komanda C liqasındakı yerini itirəcək?
UEFA
16.11.2024 07:15
Azərbaycanın futbol üzrə yığma komandası 16 noyarda Millətlər Liqasında V turun oyununa çıxacaq. Qəbələ şəhər stadionunda keçiriləcək oyunda milli komandanın rəqibi Estoniya olacaq.
TodayPress xəbər verir ki, hazırda Azərbaycan millisinin həm çıxış etdiyi 1-ci qrupda, həm də ümumən yarışdığı C liqasında durumu yaxşı deyil.
Qrupda keçirdiyi 4 oyunun heç birində xal qazana bilməyən Fernandu Santuşun komandası sondan birincidir.
Azərbaycan millisi hazırkı nəticə ilə C liqasında ən pis göstəriciyə malik iki komandadan biridir. Digər komanda isə bizim kimi xala həsrət qalan Litvadır. Bu nəticə bizi D liqasına yaxınlaşdırır.
Komandamız Liqada qalmaq uğrunda pley-off matçında mübarizə aparmaq üçün mütləq son iki görüşdən birində qələbə qazanmalıdır. Əks halda avtomatik D liqasına düşəcəyik. Hazırda komandamız keçid pley-off matçına qatılacaq Latviyadan 4, Lüksemburqdan isə 2 xal geridir.
Namiq HUN
tag: Milli, Azərbaycan, Liqa, Santuş, C Liqası, todaypress.az,