Milli FIFA reytinqində irəlilədi
UEFA
14.11.2024 15:40
UEFA Millətlər Liqasının noyabr oyunları ərəfəsində yığmaların FIFA reytinqindəki mövqeləri açıqlanıb.
TodayPress xəbər verir ki, Azərbaycan millisi 1161,80 xalla siyahıda 117-cidir.
Son reytinq cədvəlində 118-ci olan Fernandu Santuşun yetirmələri bir pillə irəliləyib. Zimbabve yığması millimizi sevindirib.
Afrika təmsilçisi ardıcıl aldığı məğlubiyyətlərdən sonra 6,40 xal itirib. Nəticədə Zimbabve 117-ci yerdən 120-ci pilləyə yuvarlanıb.
Namiq HUN
tag: UEFA, Milli, Liqa, FIFA, Santuş, todaypress.az,