Milli Avropanın 47-ci komandası oldu
UEFA
20.11.2024 14:00
UEFA Millətlər Liqasının 2024/25 mövsümünün qrup mərhələsi başa çatıb.
TodayPress xəbər verir ki, qitənin 4 Liqada mübarizə aparan 54 komandasının ilkin ümumi sıralaması məlum olub.
Rumıniya - Kosovo matçı sona çatmadığı üçün UEFA-nın verəcəyi qərardan asılı olaraq 33-38-ci yerlərdə dəyişikliklər mümkündür.
Lakin Azərbaycan millisinin mövqeyi indidən dəqiqləşib. C Liqasının 1-ci qrupunda sonuncu yeri tutan yığma komandamız Avropada 47-ci olub. Fernandu Santuşun yetirmələri yalnız Litva, Moldova, San Marino, Malta, Cəbəllütariq, Lixtenşteyn və Andorra komandasından öndədirlər.
Namiq HUN
tag: UEFA ,Millətlər Liqası,Rumıniya ,Kosovo,Fernandu Santuş,todaypress.az,