Millətlər Liqasının antirekordu

UEFA

18.11.2024 10:17

Qazaxıstan millisi UEFA Millətlər Liqasında yeni antirekord müəyyən edib.

TodayPress xəbər verir ki, Stanislav Çerçesovun rəhbərlik etdiyi komanda VI turda Norveçə 0:5 hesabı ilə uduzub.

Nəticədə Qazaxıstan yığmasının cari Millətlər Liqasında buraxdığı qolların sayı 15-ə çatıb. Bu isə turnir tarixinin antirekordudur.

Qazaxıstan millisi cari mövsümdə keçirdiyi 6 oyunda heç bir qələbə qazana bilməyib. Komanda 1 dəfə heç-heçə edib, 5 dəfə isə məğlubiyyətlə üzləşib. 

Bütün görüşlərin nəticələrinə əsasən, Qazaxıstan komandası B divizionundan aşağı liqaya - C Liqasına düşüb.

Namiq HUN

tag: UEFA, Qazaxıstan, Liqa,Norveç, todaypress.az,