Millətlər Liqasında pley-off həyəcanı

UEFA

21.03.2025 09:10

2290

UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələlərinin ilk matçları keçirilib.

TodayPress xəbər verir ki, turnirin baş mükafatı uğrunda mübarizə aparan A Liqasının güclü 8 komandası 1/4 finalda qarşılaşıb. 

Avropa çempionu İspaniya erkən qol vurmasına baxmayaraq, Niderlandda məğlubiyyətdən son anda qaça bilib 2:2.

Fransa səfərdə Xorvatiyaya (0:2), Portuqaliya isə Danimarkaya (0:1) uduzub. 

Almaniya İtaliya səfərində geridönüşlə (2:1) yadda qalıb.

A Liqasına vəsiqə uğrunda pley-off

Türkiyə - Macarıstan – 3:1

Ukrayna – Belçika - 3:1

Yunanıstan – Şotlandiya - 0:1

Avstriya – Serbiya - 1:1

B Liqasına vəsiqə uğrunda pley-off

Ermənistan – Gürcüstan – 0:3

Kosovo – İslandiya - 2:1

Bolqarıstan – İrlandiya - 1:2

Slovakiya – Sloveniya - 0:0

Komandalar arasında cavab oyunları martın 23-də keçiriləcək.

Namiq HUN

tag: UEFA ,Millətlər Liqası,Pley-off,Avropa çempionu,todaypress.az,