Millətlər Liqası: Türkiyə Macarıstanla rəqib oldu
UEFA
22.11.2024 17:52
UEFA Millətlər Liqasında 1/4 final, yarımfinal və pley-off mərhələlərinin püşkü atılıb.
TodayPress xəbər verir ki, mükafat uğrunda mübarizə aparan A liqasının 8 güclü kollektivi 4 cüt təşkil edib.
Bu cütlər yarımfinaldakı mümkün rəqiblərini də tanıyıblar.
İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə A və B liqalarının hərəsinə 4, C liqasına 2 vəsiqə uğrunda matçların da iştirakçıları bəlli olub.
Türkiyə millisi A liqasında oynamaq üçün Macarıstana qalib gəlməli olacaq.
1/4 final, həmçinin A və B liqalarında oynamaq üçün pley-off görüşləri 2025-ci il martın 20-də və 23-də baş tutacaq.
Yarımfinal mərhələsi iyunun 4-5-də, üçüncülük oyunu və final isə 8-də keçiriləcək.
C liqasına vəsiqələr isə 2026-cı ilin martın 26-da və 31-də keçiriləcək qarşılaşmalardan sonra bəlli olacaq.
1/4 final
1. Niderland - İspaniya
2. Xorvatiya - Fransa
3. Danimarka - Portuqaliya
4. İtaliya - Almaniya
Yarımfinal
4-cü cütün qalibi – 1-ci cütün qalibi
3-cü cütün qalibi – 2-ci cütün qalibi
A/B pley-offu
Türkiyə - Macarıstan
Ukrayna – Belçika
Avstriya – Serbiya
Yunanıstan - Şotlandiya
B/C pley-offu
Kosovo – İslandiya
Bolqarıstan – İrlandiya
Ermənistan – Gürcüstan
Slovakiya - Sloveniya
C/D pley-offu
Cəbəllütariq – Latviya
Malta – Lüksemburq
Namiq HUN
tag: Millətlər Liqası, UEFA, Final, A Liqası, Macarıstan, İsveçrə, todaypress.az,